Qarabağ
Naqif Həmzəyev: “Şuşanın nüfuzunu özünə qaytaracağıq”
“Şuşanın nüfuzunu, görkəmini özünə qaytaracağıq. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi burada təmir-bərpa işlərinə təkan vermiş oldu. Qısa zamanda Şuşanın əvvəlki görkəmi özünə qaytarılır. Şuşa şəhərində “Xarıbülbül” festivalının keçirilməsi, burada məscidlərin təmir edilməsi, bu prosesdə Heydər Əliyev Fondunun yaxından iştirakı, çox hörmətli Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə bu işlərin həyata keçirilməsi işlərin daha keyfiyyətli və sürətli formada aparılmasına zəmin yaratdı. Biz “Xarıbülbül” festivalından sonra vaxtilə məhz Ümummilli lider Heydər Əliyevin göstərişi və istəyi ilə həyata keçirilmiş başqa bir festivalın - Vaqif Poeziya Günlərinin də reallaşmasının şahidi olduq”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, Vaqifin məqbərəsi yenidən bərpa edildi:
“Onun açılışına şahidlik etdik. Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Molla Pənah Vaqifin büstünün və məqbərənin açılışını etdilər. Biz burada Natəvan bulağının bərpasının şahidi olduq. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin ən qısa zamanda bərpa edilməsi, oraya yenidən həyatın qaytarılması üçün cənab Prezidentin sərəncamı və birbaşa nəzarəti ilə sürətli işlər həyata keçirilməyə başlandı. İlk olaraq Şuşa şəhərinə çəkilən Zəfər yolunun inşasına start verildi. Bu magistral yol çox önəmlidir. Bununla yanaşı, digər yollara gedəcək həm avtomobil, həm də dəmir yollarının inşasına başlanıldı. İşğaldan azad olunmuş ərazilərin, o cümlədən Şuşa şəhərinin elektrik təsərrüfatı bərpa edildi. Yarımstansiyalar tikildi və ölkə başçısının iştirakı ilə açılışları həyata keçirildi. Hətta çətin və ağır relyefi olmasına baxmayaraq, Kəlbəcər rayonuna da elektrik enerjisinin verilməsi təmin olundu. Eyni zamanda Şərqi Zəngəzur ərazisində su təsərrüfatının yenidən qurulması, oradakı su resurslarının öyrənilməsi ilə bağlı sistemli iş həyata keçirilməkdədir”.
N.Həmzəyev qeyd edib ki, tarixi abidələrin bərpasına da start verildi:
“Abidələr restavrasiya olunur. Xüsusilə qeyd etmək istərdim ki, artıq Şuşa şəhərində məscidlərin təmirinə və bərpasına başlanılıb. Ən qısa zamanda demək olar ki, biz bütün tarixi abidələrimizi bərpa edərək vətəndaşlarımızın və turistlərin istifadəsinə verə biləcəyik. Bütün bunlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq aeroportların tikintisinə start verilib. Artıq Füzuli Beynəlxalq Hava Limanında son tamamlama işləri gerçəkləşdirilir. Laçın beynəlxalq aeroportunun isə təməli qoyulub. Qismət olarsa, biz bu ilin sonunda və ya gələn ilin əvvəlində bir qrup məcburi köçkünün öz ata-baba yurdlarına qayıdışının şahidi olacağıq. Bütün bunlarla yanaşı, keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərdə iş yerləri ilə təmin edilirlər.
Şuşa şəhəri Azərbaycan xalqının qəlbində çox önəmli yer tutur. Cənab Prezident də dəfələrlə qeyd edib ki, Şuşasız zəfər ola bilməz və Şuşasız Qarabağ mümkün deyil. Demək olar ki, Şuşa zəfəri müharibənin taleyini həll etdi. Ölkə başçısının Şuşaya ilk səfəri zamanı qeyd etdiyi kimi, ən qısa zamanda biz bu şəhəri cənnət məkana çevirəcəyik”.
Tural Turan
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı












.jpg)


















.png)


.jpg)



