Qarabağ
Azərbaycan Qarabağı öz iqtisadiyyatı hesabına abadlaşdırır - Politoloq
“Füzuli rayonu 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun azad etdiyi ilk ərazilərdən biridir. Ordumuz oranı işğaldan azad etdikdən sonra ermənilərin törətdikləri vəhşilikləri gördü. Füzulidə salamat qalan bir dənə də ev yox idi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloq qeyd edib ki, Füzuli rayonu nümunəvi əraziyə çevriləcək: “Ordumuz oranı azad etdikdə Azərbaycan bayrağını asmağa bina tapmamışdı. Prezident İlham Əliyev qeyd etdi ki, bu ərazilərə külli miqdarda investisiya qoyulacaq. Yaxın zamanda Füzulidə bir sıra infrastruktur obyektləri tikiləcək. Öz dədə-baba torpaqlarından didərgin düşən vətəndaşlarımız çox qısa zamanda yurdlarına qayıdacaqlar”.
F.Sadıqov vurğulayıb ki, Azərbaycan Qarabağı öz iqtisadiyyatı hesabına bərpa edir: “Füzuli aeroportu Qarabağın qapısı rolunu oynayır və beynəlxalq status alıb. Bu o deməkdir ki, Füzuliyə xarici ölkələrdən müxtəlif təbəqələrin nümayəndələri gələ biləcəklər. Artıq bu cür səfərlər başlayıb və bunun davamı olacaq. Baxmayaraq ki, orada bir sıra xarici ölkələrin şirkətləri işləyir, biz heç bir ölkədən kredit almamışıq. Azərbaycan dövləti öz iqtisadi gücü hesabına bütün ərazilərdə bərpa işləri aparır. Biz Füzulidə qısa müddət ərzində beynəlxalq status almış aeroport inşa etmişik. Biz 44 günlük Vətən müharibəsində öz gücümüz hesabına torpaqlarımızı azad etdik və indi də iqtisadiyyatımız hesabına bu əraziləri abadlaşdırırıq”.
Rahib Ələsgərov
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)

























