Qarabağ
Araik üç gündür İrəvandadır: Xankəndinə qayıtmayacaq?
Xankəndindəki separatçı-terrorçuların “başçısı” Araik Arutyunyan dəstəsi ilə birlikdə üç gündür İrəvandadır.
Publika.az xəbər verir ki, separatçı dəstəsnin İrəvana getməsinin səbəbi Praqa görüşündən sonra gələcək talelərinin müzakirə edilməsidir.
Lakin Ermənistan mediası Araik və dəstəsinin nə Paşinyanla, nə də hökumətin hansısa qanadı ilə görüşünün hələ də keçirilmədiyini yazır.
Məlumatlara görə, Araik və dəstəsini Ermənistan parlamentinin spikeri Alen Simonyan qəbul etməlidir. Simonyan Rusiyada səfərdədir və qəbul yalnız səfərdən sonra baş tuta bilər.
“Araik Arutyunyan və “nümayəndə heyətini Paşinyan qəbul etməli idi, lakin baş nazir görüşdən imtina edib, əvəzində Simonyanla danışıqlar aparılmalıdır” – Ermənistan mediası yazır.
Qeyd edək ki, bir qrup erməninin Praqa görüşündən sonra Xankəndində başlatdığı etiraz davam edir. Onlar Araik və dəstəsinin İrəvandan qayıtmasını və suallarını cavablandırmasını gözləyirlər. Aksiyanın təşkilatçılarından olan Tiqran Petrosyan deyir ki, üç gündür İrəvanda olan Araik Arutyunyanın Xankəndinə qayıtmayacağından da şübhələnirlər.
Separatçı rejim isə erməni jurnalistlərin Arutyunyanın qayıdıb-qayıtmaması haqda sualına cavab vermir. Ermənistan hökuməti isə “görüşlər keçirilsə, məlumat veriləcək” - deyə qısa açıqlama verib.
Asif
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?























.png)











