Qarabağ
Paşinyan: “Qarabağ nəzarətimizdə deyil, biz başqalarının qərarlarını icra edirik” - YENİLƏNDİ
“Köhnə dünya düzəni dağılır və onun dağıntıları altında qalmamaq vacibdir”.
Publika.az "report"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının VI qurultayında deyib.
Onun sözlərinə görə, hakimiyyətə gəldikdən sonra dövlətçiliyin əsaslarını bərpa etməyə çalışıb: “Lakin tədricən başa düşdüm ki, 30 il ərzində əvvəlki hakimiyyət bu sütunları dağıdıb və bunları müstəqillik bəyannaməsində qeyd olunan müddəalardan ayırıb”.
N.Paşinyan bildirib ki, 44 günlük müharibə və nəticələri onun üçün əsas və ən qlobal problemə çevrilib: “Bizim üçün Qarabağı danışıqlar prosesinə danışıqlar aparan tərəf kimi cəlb etmək vacib idi. Lakin məlum oldu ki, bu, artıq Ermənistanın nəzarətində deyil, çünki biz başqa yerlərdə qəbul edilən qərarları sakitcə icra edirik”.
Ermənistanın baş naziri öz silahdaşlarını cəsarətli olmağa çağırıb və etiraf edib ki, Ermənistanın dağılan dünya düzəni şəraitində dövləti və dövlətçiliyi qorumaq üçün yeni strategiya, yeni baxışa ehtiyacı var.
xxx
13:35
Erməni cəmiyyətində belə bir rəy yaratmağa çalışırlar ki, guya Ermənistan üçün Rusiyanın təklifləri (sülh sazişi təkliflərindən söhbət gedir – red.) daha sərfəlidir, Qərbin təklifləri isə sərfəli deyil. Amma Ermənistan hakimiyyəti Rusiyanın proqramını rədd edir və Qərbi qəbul edir.
Publika.az "axar.az"-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının 6-cı qurultayında deyib.
“Bağışlayın, ancaq bu iddianın reallıqla heç bir əlaqəsi yoxdur”, - o bildirib.
O bildirib ki, iki anlayış var – Rusiya və Qərb, amma Ermənistan Rusiyanın təklifinə öz prinsipial razılığını 2021-ci ilin yanvarında verib:
“Bu sazişlərin əsas müddəası odur ki, Rusiya Ermənistan və “Dağlıq Qarabağın” (? – red.) qarantıdır.
Bu plan Ermənistana 2021-ci ilin avqustunda təqdim edilib və sentyabrda biz razılığımızı vermişik. Və əgər Rusiya vasitəçi kimi 15 bəndlik təklifləri əsasında sənəd təklif edərsə, biz imzalamağa hazırıq”.
Qeyd edək ki, 15 bəndlik təhlif və Rusiyanın qarantlığı barədə fikirlərin rəsmi səviyyədə səsləndirilməsi ilk dəfədir.
-
Hadisə02:18Azərbaycan vətəndaşları da həlak oldu: Hücuma məruz qalan Türkiyə gəmisindən görüntülər - Video
-
Region02:00Türkiyədə sərnişin təyyarəsində bomba tapıldı? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Yanlış addım atmamaq üçün diqqətli olun!
-
İdman5 Oktyabr 22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal5 Oktyabr 20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman5 Oktyabr 19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az5 Oktyabr 19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin15 Oktyabr 19:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya



















.jpg)















.jpg)
