Qarabağ
Xankəndində “mitinq təxribatı” – Moskvanın hədəfi nədir?
“Öz müqəddəratını təyin etmək ekstremizm deyil” şüarı 34 il öncə Xankəndində separatçı-terrorçular tərəfindən yenidən gündəmə gətirildi.
1988-ci ildə bu şüarla başlayan separatizm Azərbaycan torpaqlarının işğal edilməsi ilə nəticələndi. 34 il sonra ssenarini yenidən təkrarlamaq istəyirlər, lakin bu dəfə situasiya və şərtlər tamamilə fərqlidir.
Torpaqlarını azad edən Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşların cəmiyyətimizə inteqrasiya edilməsi istiqamətində addımlar atılır. Qarabağın Azərbaycanın daxili işi olduğu faktı beynəlxalq gündəlikdə qəbul edilib.
Xankəndində separatçı-terrorçuların keçirilən mitinqi də bu reallığı dəyişdirmək cəhdidir və bu planın arxasında Rusiyanın dayandığı hansı qüvvənin dayandığı sirr deyil.
- separatçılar “yekun bəyanat”da “Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini” deyir, Rusiyadan mədət umduqlarını elan edirlər;
- mitinqlə yanaşı Qarabağda “yaşayan” rus icması Putinə “bizi xilas et” müraciəti ünvanlayıb;
Rusiyanın hədəfi bəllidir:
- “Ermənilərin Azərbaycan tərkibində yaşamaq” istəmədiyini nümayiş etdirir;
- Erməni əhalisinin təhlükəsizliyinin yalnız Rusiya tərəfindən qoruna biləcəyi iddiasını “əhali bizi istəyir” tezisi ilə “arqumentləşdirir”;
- Qarabağda birgəyaşayışın mümkün olmadığını göstərməyə çalışır;
- Ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını alır;
Bütün bunlar Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılması, ümumiyyətlə Moskvanın regiondakı maraqlarının təmin edilməsinə hesablanıb. Bu məqsədlə 34 il öncəki “etnik separatizm” kartını yenidən işə salır.
Mitinqin baş tutması və “izdiham”ın təşkil edilməsinin də arxasında Rusiya sülhməramlılarının iştirakı sirr deyil. Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidəki bütün ermənilərin mitinqə cəlb edilməsi üçün inzibati metodlardan istifadə edərək, hər kəsi – müəllimləri, həkimləri, hərbçiləri, polisi, kənd və şəhər sakinləri şəhərin mərkəzində toplamışdılar. Məlumatlara görə, insanlar zorla avtobuslara dolduralaraq, Xankəndidəki mitinqə gətirilib. Hətta Ermənistandan pul qarşılığında “iştirakçı” gətirdiklərinə dair məlumatlar da var.
Bu mitinq həm də onu sübut edir ki, erməni əhalisi Azərbaycana qarşı məcburi şəkildə qaldırılır. O cümlədən, Qarabağda yaşayan ermənilərin ümumi sayı mitinqə olanlar qədərdir.
“Kommersant” nəşrinin hazırladığı reportaj bu məqamları təsdiq edir.
“Ermənilər “Azərbaycanın tərkibində yaşamaq istəmədiklərini” deyirlər, bunu oxuyanda təsəvvür yarana bilər ki, insanlar arxayındırlar. Lakin bu aldadıcı təəssüratdır. Şəhərin mərkəzində keçirilən mitinqdə heç bir ruh yüksəkliyi yoxdur. Bura toplaşan adamlar sabah nə olacağını, nə edəcəklərini, harada yaşayacaqlarını bilmirlər. Əgər bu mitinqə nəsə bir ad verməliyiksə, onu "kədərli" adlandırmaq olar. Heç kim onların fikrini nəzərə almadan talelərinin həll olunduğu hissini gizlətməyə çalışmadı. Əzab hissi “deputatların” qəbul etdiyi bəyanatdan da aydın görünür: “arsax” heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayıb, olmayacaq, məhz bu prinsip “münaqişənin” həllinin əsasını təşkil etməlidir”, - bəyanatda deyilir. Məsələ ondadır ki, Azərbaycan artıq qərar verib və Qarabağ məsələsində kiməsə hesabat verməyə borclu deyil, xüsusilə “arsax”ı tanımayan Ermənistana”, - reportajda qeyd olunur.
Mitinq Azərbaycan ərazisində təxribat cəhdi idi və bunu təşkil edən Rusiyanın hədəfləri də bəllidir. Lakin Qarabağın Azərbaycanın daxili məsələsi olduğu və bölgədə yaşamaq istəyən ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa alternativinin olmadığı reallığını heç bir qüvvə dəyişdirə bilməz.
Asif Nərimanlı
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?



































