Qarabağ
Səsgücləndiriciləri niyə gətirdilər? – Sülhməramlıların şok təxribat planı - Video
13:30
Sülhməramlılar Xankəndi yolunda keçirilən aksiya ərazisinə səsgücləndiricilər gətirib. Artıq üç gündür davam edən aksiyaya müdaxilə edə bilmirlər, istənilən müdaxilə də hadisələrin ruslar üçün arzuolunmaz məcrada inkişafına gətirib çıxara bilər.
O zaman sual yaranır: səsgücləndiricilər nəyə lazımdır?
Birincisi, çağırışların edilməsi daha çox “nəsə” etməyə, “fəaliyyət” nümayiş etdirməyə hesablana bilər: ermənilər sülhməramlılardan “hərəkətə keçməyi” tələb edir və fəaliyyətsiz dayanmaq rusların “təhlükəsizliyin təminatçısı” imicina uyğun gəlmir; Ermənistanın Qarabağa “beynəlxalq missiyanın” gətirilməsi məsələsini gündəmə gətirməsi fonunda da ruslar öz mövcudluqlarını nümayiş etdirməlidirlər;
İkincisi və əsas gözlənti aksiyaya qarşı təxribatın planlaşdırıldığıdır:
Rusların müdaxilə etməməsi həm də “əsas”ın olmamasından qaynaqlanır. Belə bir “əsas” ermənilərin aksiyaya müdaxilə etməsi və qarşıdurmanın baş verməsi zamanı yarana bilər. Və sülhməramlılar “azərbaycanlıların aksiyasına yox, azərbaycanlılarla ermənilərin etnik toqquşmasına müdaxilə edəcəklər”.
Qarabağdakı separatçı-terrorçu rejim tərəfindən aksiyaya qarşı təxribat törədəcək qrupların hazırlandığına dair məlumatlar var. Onlar sülhməramlıların müdaxilə etməsini gözləyir, bu baş verməsə, təxribatçı qrupları aksiya ərazisinə gəlməyi planlaşdırırlar və şübhə yoxdur ki, bu planı hazırlayan da elə Volkovun özüdür;
Səsgücləndiricilərin gətirilməsi, böyük ehtimalla bu təxribata hazırlığın bir hissəsidir.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
