Qarabağ
Bakı Xankəndində istəyinə nail olacaq – İrəvan nədən qorxur? - VİDEO
10:30
“Azərbaycan öz hədəflərinə birdən-birə yox, hissə-hissə nail olur”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanda “Qafqaz” institutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyib.
İskəndəryan bildirir ki, əsas məsələ Laçın yolunun açılması qarşılığında Ermənistanın nə verəcəyidir: “Azərbaycan Qarabağda hakimiyyətini tam bərpa etmək niyyətindədir. Sülh müqaviləsində Qarabağ Azərbaycanın daxili məsələsi kimi əksini taparsa, Rusiya sülhməramlılarının orada qalması mənasız olacaq”.
Erməni politoloqun fikrincə, Rusiyanın Azərbaycana təzyiq etmək imkanları da azdır.
“Əliyev geri çəkilməyəcək, hazırda heç bir ölkə Azərbaycana təzyiq göstərməyə hazır deyil. Azərbaycanın müharibə aparmaq üçün kifayət qədər resursu var, lakin bunu etməyəcək və öz hədəflərinə tədricən nail olacaq”, - İskəndəryan qeyd edib.
Ermənistanda təşvişə səbəb olan səbəblərdən biri də Laçın yolunda keçirilən aksiyaya görə Azərbaycana heç bir ölkənin təzyiq edə bilməməsidir.
Asif
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)