Qarabağ
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr edilmiş konsert proqramı keçirildi
Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə “Azərbaycan Zəfəri-2” adlı konsert proqramı təqdim olunub.
Publika.az xəbər verir ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova Teleqraf-a açıqlamasında bildirib ki, konsert proqramı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş şəhid Ülvi Hacıyevin əziz xatirəsinə həsr edilib:
“Ülvi Hacıyevə "Şəhidlik zirvəsi" adlı mahnı həsr etmişəm. Mahnının sözləri Vahid Əzizə məxsusdur. Ülvi Hacıyev ilə tanışlığımız yox idi, lakin onun axtarışları, ailəsinin çəkdiyi nisgil bir növ mənə öz həyatımı, həyat yoldaşım Rəşad Atakişiyevin axtarışlarını və onun xatirəsini xatırlatdı. Bu, "Şəhidlik zirvəsi" mahnısının ərsəyə gəlməsinə səbəb oldu. Artıq ailənin yaxınlarından biri kimi deyə bilərəm ki, onun anası Həmidə Qurbanova vətənpərvər, millətini sevən, övladı ilə hər zaman fəxr edən analardandır".
K.Hüseynova bildirib ki, bu layihəyə İncəsənət Universitetinin tələbələri də dəstək olublar: "Məktəbimizin vətənpərvərlik ruhunda böyüyən şagirdlərinin bu dəfəki konsertini məhz Ülvi Hacıyevin əziz xatirəsinə həsr etməyə qərar verdim. Bu layihədə İncəsənət Universitetinin tələbələri də bizə dəstək oldular. Ülvinin uşaqlığını və gəncliyini canlandırmaqla, onun həyat yoluna nəzər salaraq vətənpərvərlik ruhunda yazılmış mahnılara keçidlər etdik. Bədii kompozisiyamız həm teatrlaşdırılmış formada, həm də musiqinin güclü nəfəsi və ifa vasitəsilə tamaşaçılara çatdırılır. Gənc nəsil öz qəhrəmanlarını tanımalı, Vətən və millət uğrunda mübarizə ruhunda böyüməlidir”.
Şəhid Ülvi Hacıyevin anası Həmidə Qurbanova isə tədbirin təşkilinə görə Könül Hüseynovaya təşəkkürünü bildirib: “Oğlum könüllü orduya yazılmışdı. Şuşaya 10 kilometr qalmış şəhidlik zirvəsinə ucaldı. 50 günlük axtarışdan sonra, dekabrın 4-də bizə oğlumun şəhid olduğu bildirildi.
Bu tədbiri təşkil edən Könül Hüseynovaya ailəmiz adından təşəkkür edirəm. Xalqımız hər zaman yanımızdadır”.
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər
-
Nida Xəbər 09:36Nazir: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırdı
-
İKT09:27Azərbaycan mediası Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verdi
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı
-
İdman06:46PSJ-yə bir qol bəs etdi
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO




































.jpg)

