Qırmızı.az
Azərbaycanın 3 ali məktəbi beynəlxalq akkreditasiyadan keçib
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) MBA Departamenti İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna (EFMD) və həmin fondun Qlobal şəbəkəsinə (EFMD Qlobal) tam üzvlüyə qəbul edilib.
Publika.az xəbər verir ki, ADİU üçün biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrant mübadiləsinə, akademik əməkdaşlığa və dünyanın qabaqcıl universitetləri ilə qarşılıqlı əlaqələrin inkişafına geniş imkanlar yaradır.
81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes və dövlət qurumlarının birləşdiyi EFMD idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, qabaqcıl təcrübə mübadiləsi, iqtisadiyyat təmayüllü təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.
EFMD dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, biznes təhsili proqramlarının, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqramlarının qiymətləndirilməsi üzrə akkreditasiya xidmətlərini həyata keçirir.
İsveçrənin Cenevrə şəhərində yerləşən EFMD Qlobal isə Avropa və digər regionlarda 700-dən çox üzvü olan biznes məktəbləri, universitetlər və şirkətlər şəbəkəsidir.
Eləcə də ilk dəfə olaraq, Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib.
Seçilmiş üç ali məktəbin beynəlxalq akkreditasiyadan keçirilmiş ixtisasları bakalavr təhsili üzrə Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası) Elektroenergetika mühəndisliyi magistr təhsili üzrə isə Proseslərin avtomatlaşdırılması, Elektroenergetika, Neft sənayesi enerji menecmenti və Kimya sənayesi enerji menecmentidir.
Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmun Avropanın
aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara uyğun
hazırlanıb.
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?