Qırmızı.az
Şeyx prezidentin dəvətilə Tacikistana gedir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, A.Paşazadə Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edir.
Məlumatda bildirilir ki, səfərdə məqsəd iyulun 22-23-də Düşənbədə keçiriləcək "İslam dini ekstremizm və terrorizmə qarşıdır" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.
Tacikistan Prezidenti İ.Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.
-
Hadisə12:31
Bakı metrosunda faciəli şəkildə ölən kişi TANINMIŞ ŞƏXSİN QARDAŞIDIR
-
Region11:46
Türkiyə ilə Ermənistan anlaşma əldə etdi: Mirzoyan açıqladı
-
Elm və təhsil11:21
Alimlər Allahın işinə əl uzatdı: "Hər şeyə qadir" 12 barmaqlı insan yaradılır
-
Dünya10:51
Putinin əlinə çəkdiyi krem görün necə satılır
-
Region10:10
Türkiyəyə təklif edilən mühüm layihə: reallaşarsa... - ABŞ təzyiqlərə başladı
-
Hadisə09:42
"Tarovı"da gərginlik: Gənc qız sevgilisini... - VİDEO
-
Sosial09:12
Bu tarixdə ət UCUZLAŞACAQ - VİDEO
-
Hadisə08:25
12 yaşlı yeniyetmə süni göldə batdı