Qırmızı.az
Azərbaycanlı tələbələr Amerikada qələbə qazandılar
Azərbaycan komandası ABŞ-ın Redmond şəhərində keçirilən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb.
Publika.az xəbər verir ki, Bakı Dövlət
Universitetinin və Xəzər Universitetinin tələbələri olan Nizami
İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət
komandamız müsabiqədə “İnnovasiyalar” kateqoriyasında ikinci yeri
tutub.
Müxtəlif ölkələrdən 33 komandanın iştirak edib müsabiqə üç
kateqoriya üzrə keçirilib: “World Citizenship” (dünya
vətəndaşlığı), “Games” (oyunlar) və “Innovation”
(innovasiyalar).
Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın “NoObs” komandası
“Bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və
durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün
proqram təminatı olan “Spinal” layihəsini təqdim edib. Layihə
“İnnovation” kateqoriyasında II yeri tutub. Birinci, ikinci və
üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına
“Microsoft” şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant
əldə ediblər.
Qeyd edək ki, “NoObs” komandası “Microsoft Azerbaijan” şirkəti ilə
birgə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
nəzdində Yüksək Texnologiyalar parkı və “Nar mobile” şəbəkə
operatoru tərəfindən keçirilmiş “Imagine Cup” lokal seçim turunun
qalibləri olub.
Gülnar Əliyeva
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir