Qırmızı.az
Gigiyena və Epidemiologiya Mərkəzi valideynlərə müraciət etdi
Valideynlər uşaqlarının qidalanmasına diqqət yetirməlidirlər.
Bunu Trend-ə açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva bildirib.
O, bunu yay aylarında uşaqların daha tez infeksion xəstəliklərə yoluxması ilə əlaqələndirib. Direktor müavini valideynlərə müraciət edərək mənşəyi bilinməyən və tibbi normalara cavab verməyən qidaları uşaqlara verməməyə çağırıb: “Uşaqlara verilən qidalar onların yaşına uyğun olmalıdır. Verilən sular qaynadılmış olmalıdır. Bununla yanaşı, uşaqlar üçün lazımlı bitkilər var ki, onlar da çox təmiz yuyulduqdan sonra verilməlidir. Çünki uşaqlar yay aylarında daha tez xəstələnməyə və infeksiyaya yoluxmağa meylli olurlar”.
Yay aylarında uşaqların isti günlərdə açıq havada çox qalmamağı tövsiyə edən A.Əliyeva hesab edir ki, günəş şüalarının altında qalanların bağırsaq sistemində pozğunluq yaranması ehtimalı var: “Mümkün qədər uşaqları qızmar havalarda nəzarətsiz qoymamaq lazımdır. Bağırsaq pozğunluğu ilə yanaşı, həm də uşaqlar isti altında qalarsa, günvurma da baş verə bilər. Uşağın istifadə etdiyi hər bir ləvazimat və məmulat çox təmiz yuyulmalı, sanitar tələblərə cavab verən yerdə saxlanılmalıdır. Bu deyilənlərə riayət olunarsa, uşaqlarda infeksiya və xəstəlik yaranmaz”.
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...