Qırmızı.az
Avqustun sonuna kimi hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Bakıda
və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi
yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz mülayim
cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-28,
Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa
enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26
dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 23-də əsasən gecə və axşam bəzi
yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16,
gündüz 18-23 dərəcə isti olacaq.
Sinoptiklər qeyri-sabit hava şəraitinin avqustun sonuna qədər
davam edəcəyini də bildirilər.
Avqustun 27-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava
şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi