Qırmızı.az
Yarım ton yararsız ət aşkarlandı

Bu ilin altı ayı ərzində bazar və yarmarkalarda 5454 kiloqram yarasız ət aşkarlanıb.
Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin Publika.az-a verdiyi məlumata görə, bu ilin altı ayı ərzində respublika ərazisindəki ayrı-ayrı kəsim məntəqələri və baytarlıq laboratoriyalarında aparılan monitorinqlərin nəticəsində müəyyən edilib: “Bu ilin ilk altı ayı ərzində respublikanın ticarət bazarları və yarmarkalarda fəaliyyət göstərən baytarlıq sanitariya ekspertiza laboratoriyaları və kəsim məntəqələrində yararsız hesab edilən iri, xırda buynuzlu və eləcə də quş ətləri aşkarlanıb. Ticarət bazarları və yarmarkalarda 395 iri buynuzlu, 233 kiloqram xırda buynuzlu heyvan əti, 2038 kiloqram daxili orqanın, 315 kiloqram donuz ətinin, 139 kiloqram quş əti, 179 kiloqram balığın, 1775 kiloqram süd və süd məhsulları, 1598 ədəd yumurtanın insan qidasına yararsız olduğu aşkar edilib.
Eləcə də, kəsim məntəqələrində 1443 kiloqram iri buynuzlu, 712 kiloqram daxili orqanın insan qidası üçün yararsız olduğu aşkar edilib. Aşkarlanan bütün yararsız məhsullar zərərsizləşdirilib”.
Gülxar

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi