Qırmızı.az
Yeni mediada milli təhlükəsizliyə zidd informasiyalar
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsi çərçivəsində “Yeni mediada milli təhlükəsizliyə zidd informasiyaların qarşısının alınması günün tələbidir” adlı broşür çap edib.
Bu barədə Publika.az-a ictimai birlikdən
məlumat verilib.
Broşürün əsasən yeniyetmə və gənclər, tələbələr, eləcə də gənclər
təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanması
nəzərdə tutulub. Broşürdə yuxarıda adı çəkilən layihənin icrası,
təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici
məqamları əsasında ərsəyə gəlmiş materiallar əksini tapıb.
Layihə çərçivəsində ərsəyə gəlmiş broşür vasitəsilə yeni media və internetlə bağlı müvafiq qurumlar, QHT-lər də ekspert təklif və ideyalarından bəhrələnmək imkanı qazanacaqlar.
Qeyd edək ki, broşürün çap edilməsi ilə sözügedən layihə başa çatdırılıb. “Gənclərin yeni mediada milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsinin həyata keçirilməsi ümumilikdə yeniyetmə və gənclər arasında yeni media vasitələrində milli təhlükəsizliyə zidd informasiyalarla bağlı bilgilərin, bu baxımdan ictimai və hüquqi məsuliyyət hissinin artırılmasına önəmli dərəcədə yardımçı olacaq. Layihə çərçivəsində Bakıda və regionda keçirilmiş təlimlərdə iştırak edən yeniyetmə və gənclər, gənclər təşkilatlarının nümayəndələri, həmçinin jurnalist olmaq istəyən gənclər, tələbələr yeni media vasitələrində düzgün iştirakla bağlı bilgilərini artırmaq, məlumatlanmaq və təlimatlanmaqla yanaşı həmkarları və ictimaiyyət arasında əldə etdikləri bilikləri ötürə və təlqin edə, bununla bağlı virtual məkanda, sosial şəbəkələrdə informasiyalar yaya, bu baxımdan internetdə hüquqi, ictimai və etik məsuliyyətə uyğun yararlanma məsələlərinin təbliğ edilməsinə diqqəti, qoşulmaq həvəsini önəmli dərəcədə artıra bilirlər. Eyni zamanda, təlim həyata keçirilən Masallı və cənub bölgəsi gəncləri layihədən önəmli dərəcədə faydalanacaqlar.
Bu məqsədlə layihə çərçivəsində yenilənmiş “yenimedia.info”
saytı internetdə hüquqi və ictimai məsuliyyətin geniş miqyasda
təbliği üçün önəmli, istinad etmək üçün zəngin və əlverişli
internet resurslarının keyfiyyətini və sayını artırmağa şərait
yaradacaq.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək