Qırmızı.az
Azərbaycan Texnologiya Universitetində "Bilik günü" qeyd olunub
Azərbaycan Texnologiya Universitetində yeni tədris ilinin başlamasına həsr olunan "Bilik günü" tədbiri təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsini ziyarət edib.
Daha sonra Bilik gününə həsr olunan geniş tədbir keçirilib.
Əvvəlcə ATU-nun rektoru, texnika elmləri doktoru, professor Akif
Süleymanov çıxış edərək professor-müəllim heyəti və tələbələri yeni
dərs ili münasibətilə təbrik edib. Rektor deyib ki, ATU-nu seçən
tələbələr zamanın tələblərinə uyğun addım atıblar. Çünki
Azərbaycanın hazırki iqtisadi inkişafı fonunda ölkədə sənaye
müəssisələrinin sayı durmadan artır. Bu isə mühəndis texnoloqlara
ehtiyacın günü-gündən artması deməkdir. Professor Akif Süleymanov
son zamanlarda ATU-da tədris prosesi və kadr hazırlığının
keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan da
danışıb. O, qeyd edib ki, tezliklə görülən işlər, həyata keçirilən
layihələr öz müsbət nəticəsini verəcək və tələbələr ATU-nun müasir
dövrün ən vacib universitetlərindən biri olmasının şahidi
olacaqlar.
Daha sonra çıxış edənlər isə deyib ki, bu tədris ilində ATU-da
2422 tələbə təhsil alacaq. Bunlardan 527 nəfəri tələbə adını yeni
qazananlardır. Eyni zamanda magistratura pilləsində təhsil alan 55
nəfərdən 28-i yeni qəbul olunanlardır. ATU-ya bu il qəbul olunan
tələbələr arasında ən yüksək nəticəni Turay Dəvrişov göstərib.
Rektor Akif Süleymanov 501 bal toplayaraq Standartlaşma və
texnoloji maşınlar fakülətsinin İnformasiya texnologiyaları və
mühəndilsiyi ixtisasına qəbul olunan Turay Dəvrişova universitet
adından noutbuk hədiyyə edib. Daha sonra tələbə adını yeni
qazananlardan yüksək bal toplamış 12 nəfərə tələbə biletləri və
hədiyyələr təqdim olunub.
Çıxış edən tələbələr ATU-ya qəbul olunduqlarına görə sevinc hissi keçirdiklərini, gələcəyin peşəkar texnoloqları olmaq üçün elmin sirrlərinə həvəslə yiyələnəcəklərini deyiblər. Birinci kursa qəbul olunan tələblərin valideyinləri isə universitetdə keyfiyyətli tədris üçün yaradılan şəraitə, həyata keçirilən mütərəqqi layihələrə görə rəhbərliyə minnətdarlıq ediblər.
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi