Qırmızı.az
Azərbaycanlı zəvvarlardan 3-ü xəstəxanadadır
"Həcc ziyarəti zamanı gün vuran və sağlamlığında digər problemlər yaranan azərbaycanlı zəvvarlardan bir neçəsi hələ də xəstəxanada müalicə olunur. Onların əksəriyyəti yaşlı insanlardır".
Bunu "Report"a Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri, Həcc ziyarəçilərinin qrup rəhbəri Hacı Həmdulla Babayev bildirib.
O bildirib ki, ziyarətin bütün mərhələlərini başa vuran azərbaycanlı zəvvarlar hazırda Məkkə şəhərindədir: "Hacıların arasında eləsi var ki, sağlamlıqlarında yaranan problemlə bağlı müalicə alırlar. Onlar arasında yaşlı insanlar üstünlük təşkil edir. Azərbaycanlı hacıların arasında 85 yaşı olan da var. Buna görə də xəstəliklə bağlı problemlər qaçılmaz olur".
H.Babayev zəvvarlardan 3 nəfərinin xəstəxana şəraitində müalicə olunduğunu bildirib. Qrup rəhbəri onu da bildirib ki, azərbaycanlı zəvvarların ilk qrupu sentyabrın 29-da gecə saatlarından başlayaraq Vətənə dönməyə başlasalar da, müalicə alan zəvvarların növbəsi olmadığından onlar gələ bilməyəcəklər: "Xəstələnən hacılar hələ iki gün də Məkkədə qalmalı olacaqlar".
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU