İstirahət günü 20 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

İstirahət günü 20 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 5-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.



Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 13-18, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm