Tibb Universitetində daha iki BÖYRƏK ƏMƏLİYYATI/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tibb Universitetində daha iki BÖYRƏK ƏMƏLİYYATI/FOTOLAR

Tibb Universitetində daha iki xəstəyə böyrək köçürülüb.

ATU-dan Publika.az-a verilən məlumata görə, Türkiyəli mütəxəssislərin iştirakı ilə keçirilən əməliyyata İstanbul Florans Nightengale Xəstəxanasının Bilim Universitetinin professoru dr. Barış Akil da qatılıb. Prof. Dr. Barış Akil Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqdan çox razı olduğunu bildirib:

“Qardaş ölkə Azərbaycanın Tibb Universitetində böyrək transplantasiyasının necə sürətlə inkişaf etdiyini görürük və bundan çox məmnunuq. Burada birgə icra etdiyimiz əməliyyatlarda müasir texnologiyadan istifadə olunur, elektroperetoskopik donör reftoktomi adlandırılan kameranın köməyilə böyrək çıxarılır”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov qeyd edib ki, bu əməliyyat Klinika yaradılandan etibarən artıq ikinci və üçüncü böyrək transplantasiyasıdır: “İlk əməliyyatımız bu ilin avqust ayında eyni həkim briqadası tərəfindən aparılmışdı. Bu dəfə isə iki əməliyyat həyata keçirildi”.

N.Bayramov ATU ilə İstanbul Bilim Universiteti arasında rəsmi əməkdaşlıq müqaviləsinin olduğunu xatırladıb: “Bu saziş müqavilə çərçivəsində çox saylı sahələrdə əməkdaşlıq edirik. Onlardan biri də böyrək və pankreas köçürülməsi üzrə əməkdaşlıqdır. Bu əməkdaşlıq sayəsində gələcəkdə daha böyük işlər görəcəyimizə də inanırıq”.

Qeyd edək ki, ATU Tədris Cərrahiyyə Klinikasında böyrək köçürülməsi üzrə aparılan əməliyyatlar tam uğurlu keçib. Hazırda hər iki xəstənin vəziyyəti normaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm