Qırmızı.az
Ərəb şeyxlərini ova aparan şəxs 18500 manat cərimələndi

Əcnəbi ölkə vətəndaşlarının bir neçə gün ərzində Azərbaycanda qonaq olmaları və Saatlı rayonunda ov etmələri barədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən araşdırılıb.
Nazirlikdən Publika.az-a verilən məlumatda bildirilib ki, araşdırmalar zamanı Vüsal Ağayev adlı şəxs bilavasitə qonaqları müşayiət etdiyi, onların Azərbaycanda gəzintisini, istirahətini, ov məqsədi üçün quşlara təlim keçmələrini və ov etmələrini təşkil etdiyi məlum olub. Lakin bu şəxs qanunamüvafiq qaydada lisenziya alınması üçün ETSN-nin aidiyyəti qurumlarına müraciət etməyib.
Bununla da, Azərbaycan təbiətinə, heyvanlar aləminə nümayişkaranə surətdə zərər vurduğuna, ölkənin təbiəti mühafizə haqqında qanunlarına məhəl qoymadığına və birbaşa olaraq “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 14 oktyabr 2015-ci il tarixində Vüsal Ağayev barəsində 21093 nömrəli protokol tərtib olunub, ona fiziki şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən 18500 manat məbləğində cərimə və iddia tətbiq edilib.
Gülxar

-
Qoroskop00:15
Günün ULDUZ FALI: sizə qarşı yeni intriqa hazırlana bilər
-
ABŞ8 Avqust 22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin28 Avqust 22:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region8 Avqust 21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya8 Avqust 20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz8 Avqust 20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 8 Avqust 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya8 Avqust 19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?