Oğlanların sayı artır
Bizi izləyin

Qırmızı.az

Oğlanların sayı artır

Bu il ərzində doğulan oğlanların sayı qızlardan çoxdur.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8 faiz artaraq sentyabr ayının 1-nə qədər 9666 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 8 ayı ərzində 37,2 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm