Qırmızı.az
Azərbaycanla Gürcüstan arasında gömrük sazişi imzalanıb
Ümumdünya Gömrük Təşkilatının Avropa regionu gömrük xidmətləri rəhbərlərinin Tbilisi şəhərində keçirilən konfransında Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edib.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili konfrans zamanı Avropa
regionu gömrük administrasiyaları təsisatlarının inkişaf
strategiyası və prioritetləri barədə maraqlı müzakirələr
aparacaqlarına əmin olduğunu deyib, iqtisadi inteqrasiya, azad
ticarət və digər məsələlərə dair ölkəsinin mövqeyini açıqlayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə
bildirib ki, Avropa ölkələrinin seçimi ilə Avropa regionu gömrük
xidməti rəhbərlərinin növbəti, 11-ci konfransı Tbilisidə keçirilib.
Ötən ilin iyununda Ümumdünya Gömrük Təşkilatının vitse-sədri
seçilmiş Azərbaycan gömrük xidməti bu tədbirin təşkilatçılarından
biridir və konfrans onun sədrliyi ilə keçirilib.
Aydın Əliyev həmçinin qeyd edib ki, bu konfranslarda müzakirə
olunan əsas məsələlər sonradan Ümumdünya Gömrük Təşkilatının
sessiyasına, yaxud siyasi komissiyasına təqdim edilir. Hazırkı
konfransda biznes və gömrük əməkdaşlığı, gömrüyün ticarətin
asanlaşdırılmasına təsiri, Ümumdünya Gömrük Təşkilatının vəzifəli
şəxslərinin seçkiləri və başqa məsələlər əsas müzakirə mövzusu
olub. İştirakçılar həmin məsələlərlə bağlı fikir və rəylərini
söyləyiblər.
Komitə sədri Azərbaycan gömrük xidmətinin konfransda üç təqdimat
keçirdiyini, qaçaqmalçılığa qarşı mübarizə sahəsində Avropa
ölkələri üçün portal yaratdığını və onun ilk variantının konfrans
iştirakçılarına təqdim olunduğunu bildirib, həmçinin gömrüyün
tarixində ilk dəfə olaraq bu ilin yanvarında Bakıda keçirilmiş
Avropa ölkələrinin gömrük akademiyaları və gömrük təhsil ocaqları
rəhbərlərinin konfransının nəticələri və başqa məsələlər barədə
iştirakçıların məlumatlandırıldığını deyib.
Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuria konfransda
bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıldığını,
iqtisadiyyatın, biznesin inkişafı, gömrük xidməti sahəsində
əməkdaşlıq və digər məsələlərlə bağlı dəyərli rəylər
səsləndirildiyini, Azərbaycan gömrük xidmətinin sədrliyi ilə keçən
11-ci konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Konfrans çərçivəsində Azərbaycan və Gürcüstan hökumətləri arasında
gömrük sahəsində qarşılıqlı inzibati yardım haqqında saziş
imzalanıb. Sazişi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın
Əliyev və Gürcüstan Maliyyə Nazirliyi Dövlət Gəlir Xidmətinin
direktoru İrakli Qvaramadze imzalayıb.
Konfransın işində 39 ölkədən nümayəndə heyətləri iştirak edib.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı