Qırmızı.az
ADA ilə Əfqanıstan Diplomatiya Akademiyası arasında müqavilə imzalanıb
Bu gün ADA Universitetində Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti qəbul edilib.
Universitetdən verilən məlumata görə, qonaqları qarşılayan ADA
Universitetinin prorektoru Fariz İsmayılzadə onları ADA-nın kampusu
ilə tanış edib. Universitetin təklif etdiyi fakültələr, proqramlar
və ixtisaslar, o cümlədən xarici tələbələr üçün təklif edilən
təqaüd proqramından danışan prorektor qonaqları ADA-da həm
bakalavr, həm də magistratura pilləsində təhsil alan üç əfqan
tələbə ilə də tanış edib. Daha sonra qonaqlar ADA Universitetinin
İxtisasartırma proqramı haqqında və proqramın yüksək və orta
vəzifəli əfqan diplomatlar üçün keçdiyi təlimlər haqqında ətraflı
məlumatlandırılıblar.
Əfqanıstan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən
Diplomatiya Akademiyasının rektoru Moheb Rahman Spingar da ADA
Universiteti ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu
qeyd edib. Xüsusilə, Əfqanıstan Diplomatiya Akademiyasının
kitabxanasının zənginləşdirilməsi və elektronlaşdırılması sahəsində
ADA Universitetinin təcrübələrindən faydalanmaq istədiklərini qeyd
edən M.R.Spingar gələcəkdə ADA Universitetində daha çox əfqan
tələbə görmək istədiyini vurğulayıb.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə
dair memorandum imzalanıb.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO