Qırmızı.az
"British Council"ın direktoru Azərbaycan Texnologiya Universitetində - FOTOLAR
"British Council"ın direktoru Elizabet Vayt Azərbaycan Texnologiya Universitetində olub.
Publika.az xəbər verir ki, əvvəlcə rektor professor Akif Süleymanovla görüşən qonaq ona təmsil etdiyi qurumun fəaliyyəti, təhsil sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. E.Vayt deyib ki, Bakıdakı bir neçə ali təhsil ocağı ilə əməkdaşlıq edən "British Council" bundan sonra bölgələrdəki universitetlərlə əməkdaşlığa başlamaqda maraqlıdır. Bunun üçün ilk olaraq ATU-nun seçilməsi isə hər iki tərəf üçün faydalı olacaq. Eyni zamanda Böyük Britaniya universitetlərinin Azərbaycanın ali təhsil ocaqları ilə əməkdaşlığının genişləndirilməsi "British Council"ın əsas fəaliyyət istiqamətlərindəndir.
ATU-nun rektoru professor Akif Süleymanov isə deyib ki, rəhbərlik etdiyi ali təhsil ocağı həmişə xarici əlaqələrə, mübadilə proqramlarında iştiraka böyük əhəmiyyət verib. O, "British Council"la əməkdaşlığın bu məsələdə daha yüksək nəticələr verəcəyinə inamını bildirib. Rektor qeyd edib ki, tələbə mübadiləsi işinin daha səmərəli təşkil olunmasına, eləcə də universitet müəllimlərinin peşəkarlığının yüksəldilməsinə dəstək olmaq üçün Gəncədəki ali təhsil ocaqlarının xarici əlaqələrini koordinasiya edən resurs mərkəzinin yaradılmasına ehtiyac var. "British Council"ın bu məsələdə təşəbbüs ortaya qoyması isə müsbət nəticə verə bilər.
Daha sonra ATU-nun tələbələri ilə görüşən Elizabet Vayt onlara "British Council"ın həyata keçirdiyi müxtəlif layihələr barədə məlumat verib. Xanım Vayt tələbələri bu layihələrdə fəal iştirak etməyə, təhsilin növbəti pillələri üçün Böyük Britaniyanın dünya şöhrətli universitetləri üzərində düşünməyə çağırıb. Ölkəsinin aparıcı universitetlərində təhsil almağın qazandırdığı üstünlüklər haqqında danışan qonaq tələbə və müəllimlərin suallarını da cavablandırıb.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO