Qırmızı.az
Xaçmazda ev sahibi ilə birlikdə yanıb
Xaçmaz rayonunda insan ölümü ilə nəticələnən yanğın baş verib. Hadisə rayon mərkəzindən 8 km aralı Çarxlı kəndində baş verib.
Məlumata görə, bu gecə saat 23 radələrində 1964-cü il təvəllüdlü Adil Məmmədova məxsus kərpicdən tikilmiş, üzəri qamışla örtülü yaşayış evi yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz rayon yanğından mühafizə briqadalarının əməkdaşları cəlb olunub.
FHN əməkdaşları ev sakinini yanğından xilas etyməyə çalışsalar
da evin qapısı içəridən bağlı olub. Alovun ram edilməsindən sonra
hadisə yerindən 50 yaşlı Adil Məmmədovun yanmış cəsədi
aşkarlanıb.
Mərhumun oğlu Qalib Məmmədov atasının içki aludəçisi olduğunu,
anasından ayrılaraq təkbaşına yaşadığını və tez-tez “evi
yandıracam” dediyini bildirib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğu və Fövqəladə Hallar
Nazirliyi yanğından mühafizə idarəsi araşdırmalara başlayıb.
Hadisənin ev sahibi tərəfindən törədildiyi, yoxsa başqa səbəbdən
baş verməsi isə araşdırmaların nəticəsində bəlli olacaq.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı