Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı təsdiqləndi
Bizi izləyin

Qırmızı.az

Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı təsdiqləndi

Nazirlər Kabineti “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nı təsdiq edib.

Publika.az xəbər verir ki, Dövlət Proqramı şəkərli diabetin profilaktikasına, xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində yaranan fəsadların qarşısının alınmasına yönəldilib.

Dövlət Proqramının məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəkərli diabet xəstələrinin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatla tam təminatının yaxşılaşdırılması,endokrinoloji xidmətin kadr potensialının gücləndirilməsi proqramda nəzərdə tutulub. Həmçinin şəkərli diabet xəstəliyinin profilaktikasına və müalicəsinə dair əhalinin maarifləndirilməsi də qeyd olunub.

Bundan başqa, şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, eyni zamanda xəstələrin dərman pereparatları və özünənəzərət vasitələri ilə təmin olunmasının monitorinqinin həyata keçirilməsi məqsədilə kompüter proqramının təkmilləşdirilməsi nəzərdə tutulub.

Şəkərli diabetə düçar olmuş uşaq və gənclərin uçotunun aparılması, onlara növündən və tipindən asılı olmayaraq təhsil aldıqları bütün təhsil müəssisələrində tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarətin təşkil edilməsi də proqramda əks olunub.

Qeyd edək ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı son 10 (on) il ərzində 3 dəfədən çox artıb, bu xəstəlik səbəbindən ölüm səviyyəsi 2 dəfədən çox enib. Aparılan tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycan Respublikasında da şəkərli diabetlə xəstələnənlərin sayı ilbəil artır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm