Qırmızı.az
Apellyasiya Şurasının iclası keçirildi
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
Axar.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər müzakirə olunub.
Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra iqtisadiyyat nazirinin müvafiq əmrləri ilə “İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında” Əsasnamə, həmçinin Şuranın və onun Katibliyinin tərkibi təsdiq edilib.
İclasda Şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi və sənəd təminatı işlərinin təşkili məsələləri müzakirə olunub, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün Apellyasiya Şurasında baxılacaq şikayətlərin məzmun üzrə təsnifləşdirilməsi meyarlarının müəyyən olunması, Şuranın Katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada da müraciət etməsi üçün texniki imkanların yaradılması işlərinin sürətləndirilməsi qərara alınıb.
Məlumatda qeyd olunur ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə nazirliyin müvafiq strukturlarının məsul əməkdaşları daxildir.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO