460 nəfər "donuz qripi"nə görə müayinə edildi
Bizi izləyin

Qırmızı.az

460 nəfər "donuz qripi"nə görə müayinə edildi

Bu vaxta qədər republika ərazisində 460 nəfər "donuz qripi" (A H1N1) virusuna görə müayinə edilib.

Bu barədə Publika.az-a Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova məlumat verib.

“Onlar yerli tibb müəssisələrinə müraciət ediblər. Donuz qripinə görə nümunələr götürülüb, bizə göndərilib. Müayinələrin heç birində AH1N1 virusu aşkarlanmayıb. Əsasən, adenavirus,kəskin respirator viruslar aşkarlanır”-deyə R.İsmayılova bildirib.

R.İsmayılova onu da əlavə edib ki,qonşu ölkələrdə virus yayıldığına görə ölkəmizdə qabaqlayıcı tədbirlər davam etdirilir. Virus təhlükəsi tam aradan qalxana qədər də tədbirlər davam etdiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm