Qırmızı.az
“Samur” gömrük postunda yaranan sıxlıqla bağlı Komitədən AÇIQLAMA
Fevralın 18-də bir sıra kütləvi informasiya vasitələri Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı məlumatlar yayıb.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən “Novo-Filə-Şirvanovka” gömrük-keçid məntəqəsində yubanıb və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar “Yaraq-Qazmalar-Samur” gömrük-keçid məntəqəsinə yönləndirilib.
Nəticədə “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda sıxlığın yaranmasına səbəb olub.
Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb.
Hazırda “Samur” gömrük-keçid məntəqəs inormal rejimdə fəaliyyətini davam etdirir, vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur.
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?