Qırmızı.az
Əbülfəs Qarayev vətəndaşları qəbul edib - FOTO
Martın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
Ağsu şəhərindəki Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu,
İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından
vətəndaşları qəbul edib.
Qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş
və təkliflərini nazirə çatdırıblar.
Müraciətlərin əksəriyyəti sözügedən rayonlardakı mədəniyyət
ocaqlarının fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizm
sahəsinin inkişaf etdirilməsi ilə bağlı olub.
Orta əsr Ağsu şəhər yerinin qoruq elan edilməsi, Şamaxı rayonunun
Kələxana kəndində türbələrin, Oğuz rayonu Kərimli kəndi ərazisində
yerləşən kurqanların təmir-bərpası, Qobustan rayonunda xalçaçılıq
sexinin açılmasına yardım göstərilməsi kimi məsələlər qaldırılıb.
Bölgədəki mədəniyyət müəssisələrində ixtisaslı kadrların
çatışmadığı, musiqi məktəblərində yeni şöbələrin açılmasının
zərurəti də diqqətə çatdırılıb. Turizmlə bağlı təşəbbüslər - Qəbələ
şəhərində turizm informasiya mərkəzinin yaradılması, Şamaxı
şəhərində suvenir dükanının açılması, Oğuz rayonu Xalxal kəndində
turizm rekreasiya zonasının təşkili və digər təkliflər də
səsləndirilib.
Vətəndaşların belə əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirlə
qarşılayan Əbülfəs Qarayev bütün xahiş, təklif və təşəbbüslərin
nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini deyib.
Nazir mətbuata açıqlamasında bildirib ki, tarixi abidələrin bərpası
ilə bağlı məsələ hər zaman prioritetdir. Azərbaycanın bu bölgəsi
tarixi abidələrlə zəngindir. Onların bir qismi təmir-bərpa olunsa
da, digərlərinin də restavrasiyaya ehtiyacı var və bu istiqamətində
müvafiq dövlət proqramına əsasən işlər görüləcək.
Əbülfəs Qarayev ikinci prioritet məsələnin regionda turizm
infrastrukturunun genişləndirilməsi ilə bağlı olduğunu deyib:
"Bildiyiniz kimi, bu bölgə ölkənin mühüm turizm marşrutu üzərində
yerləşir. Bu baxımdan turizm inkişafı ilə bağlı səsləndirilən
təkliflər aktualdır. Turizm informasiya mərkəzlərini yaradılması,
daha çox turist cəlb edən tarixi abidələrin bərpası diqqət
mərkəzindədir".
Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı
müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər
onların həllinə köməklik göstəriləcəyini bildirib.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ