Qırmızı.az
Məmurların maliyyə bəyannaməsinin forması bəlli oldu
Azərbaycanda vəzifəli şəxslərin maliyyə bəyannaməsinin forması hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Lakin hökumət hələ bununla bağlı qərar qəbul etməyib. Trend xəbər verir ki, bunu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2013-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda vəzifəli şəxslərin maliyyə bəyannaməsi ilə bağlı məsələ 2005-ci ildə qəbul edilən qanunda da öz əksini tapıb. Sadəcə bu forma qəbul edilmədiyinə görə, proses ləngiyir: "7 il az vaxt olmasa da, formanın hazırlanması özü də uzun sürən proses olub: Lakin hazırda sənəd Nazirlər Kabinetindədir. Məsələ ondadır ki, hələlik hökumət sənədlər bağlı qərar verməyib".
V.Hüseynov həmçinin qeyd edib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hazırladığı hesabatda Azərbaycanla bağlı tövsiyələrin yer alması o deməkdir ki, Azərbaycan hökuməti onları qəbul edir. Azərbaycan bundan əvvəl həmin təşkilat tərəfindən verilmiş 19 tövsiyənin hamısı ya tam, ya da qismən icra olunub: "Komissiyanın tərkibinin genişləndirilməsi təklifini də qəbul etmişik. Amma bu o demək deyil ki, biz mövcud 4 nəfərlə işlərin öhdəsindən gələ bilmirik".
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO