Qırmızı.az
ATU-da cərrahiyə kafedrasında baş verən qalmaqal xəbəri ilə bağlı AÇIQLAMA
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Publika.Az-a məlumat verilib ki, ATU-nun cərrahi xəstəliklər kafedrasının yeni binasında tələbələrin dərsə girməkdən imtina etməsilə bağlı yayılan xəbər həqiqətə uyğun deyil:
“Tibb Universitetinin mətbuat xidməti olaraq bu xəbəri qəti şəkildə təkzib edirik. Bəyan edirik ki, saytda yer alan bu məlumat həqiqətəuyğun deyil və böhtan xarakteri daşıyır.
ATU-nun cərrahi xəstəliklər kafedrasına Avropanın bir çox ölkələrindən mütəxəssislər cəlb edilsə də, Türkiyədən bu kafedrada ümumiyyətlə, heç bir müəllim dərs demir. Bu gün ATU-nun sözügedən kafedrasında dərslər öz axarında davam edib və dərsə gələn tələbələr arasında heç bir qalmaqal yaşanmayıb”.
Xatırladaq ki, bu gün azerinfo.org saytında Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov tərəfindən 2013-cü ilin sentyabrında universitetə Türkiyədən müəllimlər dəvət olunan cərrahiyə kafedrasında dərs keçən müəllimlərin dini və siyasi təbliğatla məşğul olduğu bildirilib. Qeyd edilib ki, buna görə də bu gün tələbələr onların dərsinə girməkdən imtina ediblər.
Xəbərdə həmçinin bildirilir ki, Türkiyədən gələn müəllimlər dərsdə siyasi çıxışlar edərək, tələbələri Türkiyənin baş naziri Ərdoğan əleyhinə yönəldir və bu fikirlərə qarşı olan gənclər sıxışdırılır. Cərrahiyyə kafedrasına dəvət olunan 12 müəllimin dərsinə girməkdən imtina edən tələbələr bu müəllimlərin onlara tibbi deyil, dini və siyasi dərs verdiklərini açıqlayıblar.
Gülxar
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ