Qırmızı.az
10 il uşağı olmayan ailənin üçəmləri dünyaya gəlib
Bərdə rayonunda 10 ildir övladı olmayan ailənin üçəmləri dünyaya gəlib. Əliyevlər ailəsində dünyaya gələn üçəmlər qız övladlarıdır.
Ağdərə rayonundan məcburi köçkün olan, Tərtər rayonunun İsmayılbəyli kəndində müvvəqəti məskunlaşan Samir Xudu oğlu Əliyev və Elnarə Məhərrəm qızı Əliyeva on ildir ailəlidirlər və indiyə kimi övladları olmayıb.
E.Əliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə gətirilib və üçəmlər orada dünyaya göz açıblar.
Hazırda Bərdə RMX-da olan körpələr bütün tibbi müayinədən keçib və onlar ciddi həkim nəzarətində saxlanılırlar.
Xəstəxanadan bildirilib ki, doğuşun vaxtından əvvəl baş verməsinə baxmayaraq, uşaqların və ananın vəziyyəti normaldır: "Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər. Onlardan birinin çəkisi 1,7 kq, digərlərinin çəkisi isə 1,8 və 2 kiloqramdır". ("Report")
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO