Qırmızı.az
25 əlil Türkiyəyə göndərildi
Mayın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 25 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərin yola salınması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov göndərilən insanların Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklərini bildirib. O qeyd edib ki, həmin mərkəz bu gün təkcə bölgədə deyil, dünya miqyasında nüfuz qazanmış müalicə və reabilitasiya müəsissələrindən biridir. Mərkəzdə Türkiyənin Dənizli bölgəsinin zəngin təbii müalicəvi resurslarından istifadə olunmaqla peşəkar həkim-reabilitoloqlar tərəfindən hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə səmərəli bərpa-müalicə prosedurları həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfərin (135 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın) xaricdə, yəni Türkiyədəki Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa müalicəsi təşkil olunub ki, bu da əvvəlki ildə xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilənlərdən 64,6 faiz çoxdur. Qardaş ölkəyə bərpa-müalicəsinə yola salınan əlilliyi olan şəxslər orada 5 ulduz oteldə yerləşdiriləcəklər. Onların mərkəzdə yerləşdirilməsi və bərpa müalicəsi işlərinə nəzarət olunması, reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə nazirliyin bir nəfər əməkdaşının da Türkiyəyə ezam edilib.
Anar
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO