Qırmızı.az
Aqiyə Nazçıvanlı: “Hər məhəllənin mollası bir kağız verir..."
“Məişət zorakılığı ilə bağlı rəqəmlər üst-üstə düşmür. Düzdür, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məişət zorakılığı ilə bağlı məlumat bazası hazırlayır, Milli Məclisə təqdim edir. Lakin digər təşkilatların bu sahədə apardığı monitorinqlər arasında fərqli rəqəmlər müşahidə edirik”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Aqiyə Naxçıvanlı “Məişət zorakılığı insan alverinə şərait yaradan problem kimi” mövzusunda bu gün keçirilən tədbirdə deyib.
A.Naxçıvanlı onu da əlavə edib ki, məişət zorakılığından əziyyət çəkən qadınlara kömək üçün polis şöbələrində kişilərlə birlikdə qadınlara da yer verilməlidir: “Çünki bir çox qadınlar problemlərini kişiyə demək istəmir. Azərbaycan qadını üçün problemini yad kişiyə danışmaq adi hal deyil”.
Bu gün mentalitetimizə uyğun gəlməyən vətəndaş nikahlarının artdığını deyən A.Naxçıvanlı bildirib ki, bunun nəticəsində uşaqlar və qadınların hüquqları kobud şəkildə pozulur: “Hər məhəllənin mollası bir kağız verir və bununla da “ailə” qurulur. Son qəbullarımda ən çox müraciətlər məhz uşağı ilə evsiz qalan qadınlardan idi. Ailə gəlin gətirir, lakin ev qayınananın mülkiyyətində olur. Boşanma zamanı qadın evsiz qalır. Mövcud məktəb psixoloqları bu sahədə iş aparmalıdır. Əvvəl ali məktəblərdə etika, estetika dərsləri olurdu. Ola bilər ki, yenidən bu dərsləri təşkil etmək lazımdır. Heç bir müəllim dərsdə zorakılıqdan danışmır. Lakin belə mövzulardan danışılsa, məişət zorakılığının, erkən nikahların qarşısını almaq olar.”
Gülxar
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər