Qırmızı.az
Azərbaycandan aparılan 18 ton süd saxlanıldı
Azərbaycandan Rusiyaya aparılan 18 tondan çox süd və süd
məhsulu saxlanılıb.
Bu barədə Rusiyanın fitosanitariya və baytarlığa nəzarət xidməti
- “Rosselxoznadzor” idarəsinin rəsmi saytında məlumat yayılıb.
Bildirilir ki, "Rosselxoznadzor"un Moskva şəhəri üzrə idarəsinin
əməkdaşları paytaxt, eləcədə Moskva və Tula vilayətlərində
sertifikatı yanlış rəsmiləşdirilmiş 18 tondan çox süd məhsulunu
Tula ərazisində saxlayıb.
"Moskva şəhəri Federal Xidmətin İdarəsi Azərbaycandan daxil olan
18.7 ton dəyərində süd məhsullarının rəsmiləşdirilməsi prosesini
dayandırıb", - deyə məlumatda deyilir.
Məlumatda o da qeyd edilib ki, baytarlıq yoxlamasının
keçirilməsi vaxtı təyin edilib ki, məhsulları saxlanılan şəxsin
təqdim etdiyi sənədlər xüsusi blankda yox, adi kağızda
"rəsmiləşdirilir". Onun üzərində xüsusi nişanlar da yoxdur.
Hazırda həmin məhsullar saxlanma kamerasına
yerləşdirilib.
Mart ayında Rusiya Federasiyasının “Rosselxoznadzor”u Azərbaycan
məhsullarına qarşı "müharibəni" davam etdirib. Federal Xidmətin
Dağıstan Respublikası üzrə idarə heyəti Azərbaycandan Rusiya
ərazisinə aparılan, ümumi çəkisi 58 ton olan qoz, alma və pomidor
məhsullarını saxlayıb.
Bundan öncə də Rusiya Azərbayacan tərəfini qadağan edilən türk
məhsullarını öz adı ilə ölkəyə gətirməkdə ittiham etmişdi.
Hələ yanvar ayında Azərbaycanın 1 ay ərzində ixracatı 5 dəfə artırması Rusiyada şübhə yaradıb. “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert “İnterfaks” agentliyinə açıqlamasında bildirib ki, Türkiyə bitki məhsullarının Rusiyaya idxalına qoyulan qadağaya riayət edilməsi ilə bağlı Azərbaycan və İranın öhdəliklərinin yoxlanılması zamanı müəyyən olunub ki, yanvar ayında Azərbaycan Rusiyaya pomidor ixracının səviyyəsini 5 dəfə artırıb”. (anspress)
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO