Qırmızı.az
Pensiyalar nə vaxt veriləcək? – RƏSMİ AÇIQLAMA
Bakı şəhərində iyul ayının pensiyaları gecikir.
Publika.az xəbər verir ki, uzun müddətdir pensiyaların maliyyələşməsi vaxtından əvvəl başa çatır və hər ayın 13-dək Bakı şəhərində pensiyalar verilir, 20-dək isə regionlarda proses tam başa çatır. Lakin iyulda paytaxtda pensiyalar verilməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Publika.az-a açıqlamasında bu həftənin sonuna paytaxtda pensiyaların maliyyələşməsinin tam başa çatacağını bildirib: “Pensiyaçılar Ramazan bayramından əvvəl pensiyalarını almaq istəyirdilər. Bildiyiniz kimi, hər il Ramazan bayramının günləri dəyişir. Bu il iyul ayının 6-7-nə təsadüf etdi, bayrama qədər vermək çox tez idi. Bayram günlərinə qədər prosesin başa çatması mümkün deyildi, sənədləşmə işləri başa çatmadı. Paytaxtda pensiyalar bu həftənin sonuna qədər tam veriləcək, ayın 20-25-dək bütün respublikada başa çatacaq. Bu yenə də pensiyaların vaxtında əvvəl maliyyələşməsi deməkdir”.
Qeyd edək ki, 2013-cü ildən Azərbaycanda pensiyaların ölkə üzrə
maliyyələşdirilməsi qrafiki bir qədər də irəli çəkilib. Həmin ildən
xəzinədarlıq orqanları tərəfindən pensiyaların vətəndaşların şəxsi
hesablarına köçürülməsi Naxçıvan Muxtar Respublikası üzrə hər ayın
11-dək, Bakı şəhərinin rayonları üzrə hər ayın 13-dək, əhalisi
məcburi köçkün olan rayonlar üzrə hər ayın 16-dək, respublika
tabeli şəhərlər üzrə hər ayın 18-dək, digər rayonlar hər ayın
24-dək, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından
olan pensiyaçılar üzrə hər ayın 29-dək yekunlaşdırılacağı barədə
məlumat verilmişdi. Qrafiklə müəyyən olunmuş tarixlər istirahət və
bayram günlərinə təsadüf etdikdə istirahət və bayram günlərindən
sonrakı iş günündə icra edilir. Bayramlar və dövlət əhəmiyyətli
tədbirlər olduğu aylarda bu qrafikin müəyyən olunmuş vaxtdan əvvəl
icrasının həyata keçirilməsi nəzərdə tutulub.
Gülxar
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO