Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Zəlzələ İmişlini bu hala saldı - FOTO/VİDEO

Bu gün İmişli rayonunda yeraltı təkanlar baş verib.

Publika.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkan səhər saatlarında, saat 08:49-da qeydə alınıb. 25 km dərinlikdə baş verən 5.6 maqnitudalı zəlzələ 4 bala yaxın hiss olunub.

İkinci yeraltı təkan 3.9 maqnitudada 22 km dərinlikdə olub.

Saat 11:51-də qeydə alınan üçüncü təkanın dərinliyi 28 km, maqnitudası 4.1 olub.

Zəlzələ yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Təkanlar zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

Rayon ərazisində ciddi fəsadlar qeydə alınmayıb.

Hazırda rayon Fövqəladə Hallar komisiyası tərəfindən araşdırma aparılır.

Publika.az Region TV-yə istinadən zəlzələnin imişlidə törətdiyi fəsadların foto və videogörüntüsünü təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm