Prezidentin oğlu 19 yaşını qeyd edir – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Prezidentin oğlu 19 yaşını qeyd edir – FOTOLAR

Bu gün Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.

Publika.az xəbər verir ki, babasının adını daşıyan Heydər Əliyevin bu gün 19 yaşı tamam olur.

Doğum günü münasibətilə Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva da qardaşını sosial şəbəkə vasitəsilə təbrik edərək, Heydər Əliyevlə bir yerdə çəkilən fotosunu paylaşıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyev 2013-cü ildə 590 balla Azərbaycan Diplomatik Akademiyasına (ADA) qəbul olub.

Babasının adını daşıyan Müasir Təhsil Kompleksində orta təhsilini başa vuran Heydər Əliyev hazırda ADA-da Beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alır.

Ötən il jurnalistlərə müsahibə verən Heydər Əliyev oxuduğu ali təhsil müəssisəsində qiymətlərinin yaxşı olduğunu da bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm