Qırmızı.az
Fuad Həsənov ağır durumda
“Demokratiyanın Monitoru” qeyri-hökumət təşkilatının rəhbəri Fuad Həsənov ağır xəstəlikdən əziyyət çəkir.
Ailə üzvlərinin Axar.az-a verdiyi məlumata görə, QHT rəhbəri uzun müddət Türkiyədə müalicə alsa da, səhhətindəki problemlər aradan qalxmayıb: “Gözündə problem var idi. Öncə elə bildik ki, təzyiqdir. Sonradan isə həkimlər gözün yırtılması olduğunu dedilər. İlk dəfə Bakıda müayinə olunsa da, düzgün diaqnoz qoyulmadı. Uzun müddət Türkiyədə müalicə aldı.
Bu ilin iyunun 27-də əməliyyat olundu. Əməliyyatdan sonra vəziyyəti daha da pisləşdi, başında kəskin ağırlar yarandı. Bir gün sonra ikinci dəfə əməliyyat olundu. Həmin vaxt ürəyi getmişdi.
Bakıya qayıdandan sonra başındakı ağrılar səngimirdi, özünü çox pis hiss edirdi. Hətta vəziyyət o yerə çatmışdı ki, heç birimizi tanımırdı. Sonra “Semaşko”ya apardıq. 3 gün reanimasiyada, 7 gün palatada qaldı. İlk günlər yaddaşı müəyyən qədər bərpa olundu. Həkimlər dağınıq skleroz diaqnozunu qoydular.
Lakin palataya köçürüldükdən sonra vəziyyəti yenidən pisləşdi, gün boyu yatırdı. Həkimlər deyirdi ki, onun yatmağı yaxşı əlamət deyil.
Daha sonra biz onu “Avrasiya” klinikasına apardıq. Orada həkim Əli Musayev xəstəni müəyyən etdi, ilkin yardım göstərdi. Hazırda klinikanın reanimasiya şöbəsindədir. Yenə də əvvəlki kimi heç kimi tanımır, fikirləri yerində deyil.
Həkimlə söhbətimizdə onda indi iki ağır xəstəliyin əlaməti olduğunu dedi. Dağınıq skleroz beyində sinir iltihabı deməkdir, amma şübhələndikləri xəstəliklər də sinir iltihabları ilə bağlıdır.
Hazırda analizlər müxtəlif ölkələrə göndərilib, cavabları gözləyirik. Həkimin şübhələndiyi xəstəlik az yayılmış xəstəlikdi, dərindən araşdırılmayıb. Ona görə də bu, həm vaxt, həm də pul aparır. Düşünürük ki, xəstənin diaqnozu bəlli olsa belə, müalicə yalnız xaricdə mümkündür”.
Xatırladaq ki, Fuad Həsənov 2003-cü ilə kimi Azərbaycan Demokrat Partiyasının (ADP) təşkilat katibinin müavini olub. Daha sonra isə QHT sektorunda çalışıb.
Fuad Həsənova kömək etmək istəyənlər aşağıdakı hesablar vasitəsi ilə yardım edə bilər:
Azərbaycan Beynəlxalq Bankı:
AZ64IBAZ33811019789278105216 (Avro)
AZ84IBAZ33811018409278105216 (Dollar)
AZ63IBAZ33801019449278105216 (Manat)
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı
-
İqtisadi gündəm13 Dekabr 19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin113 Dekabr 19:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO