Zakir Həsənov Britaniyanın yeni səfirini qəbul edib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Britaniyanın yeni səfirini qəbul edib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsla görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müdafiə naziri qonağı yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda müdafiə naziri səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib. Britaniyalı diplomat isə əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm