• USD 1,7000 0,00% EUR 1,9254 -0,67%
    • GBP 2,1593 -0,51% RUB 0,0255 +1,57%

Paytaxtın bu ərazilərində su olmayacaq

Paytaxtın bu ərazilərində su olmayacaq

Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar bu gün paytaxtın bəzi ərazilərində içməli suyun verilişində problemlər olacaq.

“Azərsu”ASC-dən Publika.az-a verilən məlumata görə, gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>