Qırmızı.az
Ölüm saçan Çernobıl tumları yerli adıyla insanlara necə sırınır? - “Ayırtman”
Günəbaxan tumu Kolumb Amerikanı kəşf etdikdən sonra okeanın o tayından Avropaya bəzək bitkisi kimi gətirilib. Onun bioloji dəyəri ət və yumurtadan yüksəkdir. Günəbaxan tumunda olan çoxlu miqdarda amin turşuları orqanizmdə maddələr mübadiləsini tənzimləyir, xolesterinin səviyyəsini normada saxlamağa yardım edir, aterosklerozun və miokard infarktının qarşısını alır. Günəbaxan tumunda ürəyin və beynin normal işləməsi uçun vacib olan fosfor, maqnezium və kalium var. E vitamini güclü antioksidantdır, xərçəng əleyhinə fəaliyyət göstərir, orqanizmi aterosklerozdan və müxtəlif cür şüalardan qoruyur. E vitamini olan gündəlik tələbatı ödəmək uçun 50 qr günəbaxan tumu yemək kifayətdir. Günəbaxan tumunda bol olan D vitamini isə sümüklərin inkişafı və möhkəmlənməsinə xidmət etdiyinə görə uşaqlar və yeniyetmələr üçün əvəzolunmazdır. A vitamini gözləri, saç və dırnaqları qoruyur və gözəlləşdirir.
Bu günəbaxan tumunun müsbət tərəfləridir. Lakin tumlar keyfiyyətsiz olanda insan orqanizmində ciddi fəsadlara gətirib çıxarır. Necə?
Oxucularımıza bu işdə Publika.az-ın "Ayırtman" layihəsi yardımçı olacaq.
Sosial şəbəkələrdə və mətbuatda dəfələrlə "Beloçka" günəbaxan tumlarının insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olmasına dair məlumatlar, məqalələr yer alıb. İddia olunur ki, yüksək temperatur altında qurudulan "Beloçka" tumları qablaşdırıldıqdan sonra kiflənir. Bundan istifadə zamanı insanlarda müxtəlif xəstəliklər yaranır. Araşdırmalar göstərir bu iddialar əsassız deyil. Ölkədə qablaşdırılmış günəbaxan tumlarının istehsal prosesindən tutmuş, qablaşdırılmasına qədər bütün proses insan sağlamlığının məhvinə hesablanıb. Əvvəlcə bu tumların doğurdan da Azərbaycanda, yoxsa Ukraynanın uzaq radiasiyalı çöllərində yetişdirildiyinə aydınlıq gətirək.
Azərbaycan tumlarını ancaq inəklər yeyir
Statistika Komitəsinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı açıqladığı hesabata inansaq, Azərbaycanda günəbaxan tumu ancaq dənlik üçün istehsal edilir. Yəni ölkə ərazisində əkilib-becərilən günəbaxanlardan əhali yox, heyvandarlıq təsərrüfatları bəhrələnə bilərlər. Həmin təsərrüfatlar üçün bu ilin yanvar-may aylarında 7,5 min hektar sahədə günəbaxan istehsal edilib. 6 ayda isə 8,2 min hektar sahədə dən üçün günəbaxan əkilib.
O ki qaldı qida sənayesində istifadə edilən günəbaxan tumlarına, xarici ticarətin strukturu mənzərəni tam şəkildə ortaya qoyur. Ölkəyə son illər günəbaxan idxalının artması bunu isbatlayan məqamlardandır.
Çernobılda yetişdirilən "beloçkalar"
İddialara görə, Azərbaycanda yerli şirkətlər tərəfindən satılan günəbaxan tumları əsasən Ukraynanın Çernobıl şəhərindəki radiasiyalı ərazilərdə yetişdirilir. Sənaye müəssisələrinin Gəncəbasar ərazisində sahələrinin olmasına dair təbliğatları yalandır. Nəzərə çatdıraq ki, "Beloçka" tumlarını istehsal edən "Ayan MMC" xammalı harada yetişdirdiyini, idxal məhsulu olub-olmadığını açıqlamır.
"Patron" tumlarının məxsus olduğu fiziki şəxs Elşad Məmmədov isə istehsal prosesini Tərtər rayonu Xoruzlu kəndində apardığını irəli sürür. "MƏHƏMMƏDƏLİ-2008"MMC" yə məxsus "Rekord" tumlarının, "Mister Tum" MMC-yə aid "Mister Tum"ların istehsal şəraiti, yeri bəlli deyil. Sözügedən müəssisələrin internet ünvanları belə yoxdur.
Məsələ ilə bağlı istehsalçıların özlərinin də fikrini öyrənmək istədik. Məşhur "Beloçka"ların sahibi "Ayan MMC"-dən gün ərzində kimsə dəstəyi qaldırmadı.
"MƏHƏMMƏDƏLİ-2008"MMC" dən isə sualımıza cavab olaraq: "Biz sizə zəng edib deyərik", - deyə cavab verdilər, amma o zəng gəlmədi.
Günəbaxan tumlarında xəstəliklər
Araşdırmalara görə, radiasiyalı ərazilərdə əkilən günəbaxan tumlarında elə zərərli maddələr toplaşır ki, onlar insan orqanizmindən 10-35 ilə xaric olunur. Günəbaxan tarlaları çox zaman avtomobil yollarının, şoselərinin kənarında salındığından orada yetişən məhsulda kadmium maddələri (D.İ.Mendeleyevin elementlərin dövri sistemində 48-ci element. Atom kütləsi) olur. Zərərli maddələr avtomobillərdən havaya, oradan torpağa nüfuz edir. Bununla da bitkilərin tərkinə keçir. Əslində belə ərazilərdə əkilən günəbaxanlar yemə verilməlidir. Lakin təsərrüfatçılar onları qonşu ölkələrin istehsalçılarına satırlar. Yəni bizlərə…
Günəbaxan tumlarına zərərli maddələr onların qovrulması zamanı da düşür. Belə ki, sənaye üsulu ilə onların qovrulması zamanı tərkiblərinə benzopiren maddəsi düşür. Bu maddə də insanda ankoloji xəstəliklərə, uşaqlarda genetik problemlərə gətirib çıxara bilər.
Qablaşdırılmış günəbaxanlar hansı müddətə qədər zərərsizdir?
Qovrulmuş günəbaxan tumları qablaşdırma zamanı öz keyfiyyətini, dadını cəmi 3 həftə qoruyub saxlaya bilirlər. Baxmayaraq ki, bizim yerli istehsalçılar onların yararlıq müddətini 6 aydan 12 aya qədər göstərirlər. Başqa tərəfdən tumların hansı şəraitdə saxlanması da vacibdir. Çünki 100 qram günəbaxanda 311 mq maqniya var. Bu da çovdar çörəyindəki maqniyadan 6 dəfə çox deməkdir. Ona görə, mütəxəssislər günəbaxan tumlarını təzə, yəni qablaşdırılmamış şəkildə yeməyi məsləhət görürlər.
İqtisadiyyat şöbəsi
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO