Qırmızı.az
Azərbaycanda 1 litr dəvə südü 100 manata satılır
“Səhra gəmiləri” adlı dəvələr Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonları ilə yanaşı, Şabran rayonu ərazisində də saxlanılır.
Şabran rayonunun Udulu kəndindəki, dəvələr rayon mərkəzinin 25-30 kilometrliyində, dəniz kənarında yerləşən kiçik bir dəvəçilik təsərrüfatı fəaliyyət göstərir. “Səhra gəmiləri”ni rayona fermer Həsən Əliyev Abşerondan gətirib. O zaman heyvanların sayı 4 olub, hazırda isə təsərrüfatda 8 dəvə var.
Həsən Əliyevin sözlərinə görə, indiyədək bir dəfə, bayram günləri ərəfəsində dəvələrin biri kəsilib. Bu heyvanın əti qidalılığına görə mal ətindən zəngindir. “Səhra gəmiləri”nin əti ilə yanaşı, südü də bir çox xəstəliklərin dərmanı hesab edilir. Elə bu səbəbdəndir ki, dəvə südü əldə etmək üçün respublikanın müxtəlif bölgələrindən Udulu kəndinə üz tutanlar olur. Südün 1 litri isə 100 manata satılır.
Dəvələr sahibi yanında olmadan 15-16 km məsafə qət etdikdən sonra geriyə öz yerinə qayıtmağı bacarır. İlk baxışdan dəvələr xoş təəssürat yaratmasa da, insana uyğulaşdıqca bu heyvanların mehriban olduğu üzə çıxır. Hətta, bəzi ərəb ölkələrində dəvələrin iştirak etdiyi müxtəlif gözəllik yarışları da keçirilir. Yarışlarda uzun ayaqlara, badamı gözlərə və dolğun bədənə malik olan dəvələr mükafatlandırılır.
/Regional TV/
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO