Bakıda qanunsuz tikintiyə görə KÜTLƏVİ DAVA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda qanunsuz tikintiyə görə KÜTLƏVİ DAVA - FOTOLAR

Nəsimi rayonu, Cavadxan küçəsi 14 və 16-cı binaların idman meydançasının naməlum tikinti şirkəti tərəfindən hasaralanması sakinlərin etirazına səbəb olub.

Publika.az bizimyol.info-ya istinadən xəbər verir ki, şirkət sakinlərin etirazına məhəl qoymayıb, əraziyə ağır texnika yerləşdirib, günün sonuna qədər ərazidə texnika işləyib. Sakinlər tikintini həyata keçirən iş içracılarından sənəd tələb ediblər. Bu zaman narazı sakinlərlə tikintiyə nəzarət edən şəxslər arasında kütləvi dava baş verib.

Sakinlərin apardığı araşdırmaya görə, iki binanın arasında yerləşən həyət, uşaqların idmanla məşğul olduğu stadion zəbt olunaraq yaşayış binası tikilir.

Əməkdaşımızla söhbətində ağır texnikanın idarə edən şəxslər burada kim tərəfindən nəyin tikilməsindən xəbərsiz olduqlarını deyiblər.

Sakinlər aidiyyəti qurumlara habelə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlayaraq pozulmuş hüquqlarının bərpa olunmasını tələb ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm