MTRŞ: "Televiziyalarda 10-11-dən sonra ədəbsiz ifadələr işlədilə bilər
Bizi izləyin

Qırmızı.az

MTRŞ: "Televiziyalarda 10-11-dən sonra ədəbsiz ifadələr işlədilə bilər

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov “Günəş TV”-nin efirində baş vermiş xoşagəlməz hadisəyə münasibət bildirib.

MTRŞ rəsmisi T.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, telekanal heç bir qanun pozuntusuna yol verməyib:

“Mövcud qanuna görə səhər saat 7-dən axşam saat 11-ə qədər uşaqların televiziyaya baxması mümkün olan vaxt hesab edilir. Bu baxımdan da gecə saat 10 və 11-dən sonra ədəbsiz ifadələrin işlədilməsi qanun pozuntusu sayılmır. “Günəş TV”-nin efirində gedən ifadələrlə bağlı hüquqi cəhətdən qanun pozuntusu olmadığı üçün Milli Televiziya və Radio Şurası telekanal barəsində hər hansı ölçü götürməyəcək”.

Ancaq T.Məmmədov qeyd edib ki, “Günəş TV” uşaq televiziya kanalı olduğu üçün telekanal rəhbərliyi özü cəza tədbiri görüb:

“Telekanaldan da bizə məlumat verilib ki, artıq “Günəş TV”-nin proqram siyasətinə məsul olan şəxslər sözügedən məsələyə görə cəzalandırılıb. Ancaq yenə də deyirəm ki, bu cəzalandırma “Günəş TV”-nin özü tərəfindən həyata keçirilib”.

Xatırladaq ki, ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən "Günəş TV"də hər kəsi təəcübləndirən tərcümə efirə verilib.

Dünən gecə saatlarında efirə gedən "Mən yaramazam" cizgi filmində personajlardan biri təhqiramiz sözlər işlədib. Maraqlıdır ki, Azərbaycan dilində yayımlanan bu cizgi filmində tərcümə də eyni cür verilib

Belə ki, personaj "o sənin dalını dağıdacaq" sözünü deyib və bu sözlər ana-dilimizdə efirə verilib.

Maraqlıdır ki, kanalın əsasnaməsində qeyd olunur ki, efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV”-nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verlişlər və filmlər yayımlanır. (azxeber.com)

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm