Qırmızı.az
QHT-dən kimsəsizlərə böyük dəstək - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi tərəfindən həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi layihəsinin icrası başa çatıb.
Birliyin sədri sədri, layihə rəhbəri Aynur Əliyevanın verdiyi məlumata görə, layihə dövründə Gəncə şəhərində 20 xüsusi qayğıya ehtiyacı olan uşaq üçün intensiv reabilitasiya məşğələləri təşkil edilib, onların valideynlərinə isə psixoloji və sosial-hüquqi reabilitasiya göstərilib.
Həyata keçirilmiş reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilib, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artıb, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranıb.
Ən əsası isə uşaq və yeniyetmələrdə yaradıcılığa təşəbbüs meylləri güclənib və onlarda əmək yönümlü peşələrə maraq artıb.
Layihənin icrası təşkilatın daxili resursları hesabına davam etdirilir. (Teleqraf.com)
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO