Qırmızı.az
İstanbul polisi "Lənkəranski" əməliyyatına başladı
İstanbulda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevə sui-qəsdlə bağlı araşdırmalar davam edir.
İstanbul Əmniyyət Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusi qrup yaradılıb. Qrupa İstihbarat, Asayiş və Təhlükəsizlik idarələrinin müstəntiqləri ilə zabitləri cəlb olunublar.
Xüsusi qrupa Təhlükəsizlik İdarəsinin rəisi Arif Çankalın rəhbərlik etdiyi iddia edilir. Təhqiqatın koordinasiyasını isə Asayiş İdarəsinin rəisi Murat Koçak həyata keçirir.
İstanbulun Beşiktaş səmtindəki Cihannüma məhəlləsində, Saray
Caddesində həyata keçirilən sui-qəsddə R.Lənkəranskinin olduğu
Range Rover avtomobilinə 2 nəfərin atəş açdığı bəlirlənib. Onların
biri lüləsinə səsboğucu taxılmış son model Uzi avtomatı, digəri isə
Glock 18 tapançaları ilə silahlanmışdı.
Rövşən Lənkəranskinin olduğu 34 NL 2356 nömrəli maşına 23 güllə
dəyib. Gülləbaranda bir nəfər həlak olub, aralarında Rövşən
Lənkəranski olmaq şərtilə 3 nəfər də yaralanıb.
R.Lənkəranskinin sürücüsü, 33 yaşlı İbrahim Akyıldız aparıldığı "Florance Nightingale Hastanesi'"nin reanimasiya bölməsində keçinib.
Bir qədər sonra isə R.Lənkəranski də xəstəxanada keçinib. (milli.az)
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO