Qırmızı.az
“Əli Kərimli-FETÖ ittifaqı məqsədli şəkildə yaradılıb”
Fətullahçı Terror Örgütünün (FETÖ), onun lideri Fətullah Gülənin ifşasından sonra terrorçubaşının Azərbaycandakı bəzi müxalif siyasətçilərlə əlaqələri də üzə çıxıb.
Onun ölkəmizdə daha çox AXCP sədri Əli Kərimliyə “stavka” etdiyi məlum olub. Müstəqil araşdırmaçılar qeyd edirlər ki, Azərbaycanda 2003-cü il prezident seçkiləri zamanı fətullahçılar Əli Kərimlinin daxil olduğu seçki ittifaqına gizli dəstək veriblər. Bu məqsədlə FETÖ Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlayıb.
2005-ci ildə
Azərbaycanda hazırlanan çevriliş cəhdinin müəlliflərindən biri də
məhz FETÖ olub. Bu məqsədlə də Rəsul Quliyev-Əli Kərimli-Fərhad
Əliyev qruplaşmasına dəstək verib, “narıncı inqilab”ın Qərbdəki
ideoloji mərkəzləri ilə çevrilişçilər arasında vasitəçi rolunu
oynayıb. Analitiklər hesab edirlər ki, AXCP-nin 1 il əvvəl
Nardaranda mənzillənmiş bir qrup radikal dindarı dəstəkləməsi onun
FETÖ tərəfdarı olmasına maneə deyil. Çünki hər iki halda söhbət
dini-radikal sosial baza ilə işləməkdən gedir və bu, Qərbin müəyyən
çevrələrinin maraqlarına xidmət edir. Belə klerikal dairələrlə
əməkdaşlıq AXCP sədrinə tapşırılmış missiyadır.
Türkiyədə baş verən çevriliş cəhdinin ardınca Ə.Kərimlinin
çevrilişi pisləməsi özünü sığortalamaq xarakteri daşıyırdı. Bu kimi
taktikalardan – özünü qorumaq üçün “təqiyyə”dən istifadə olunması
F.Gülənin tövsiyələri arasında yer alır. F.Gülən Ə.Kərimli kimi
insanların iyrənc hakimiyyət ehtiraslarından məharətlə istifadə
etməyi bacarır.
Bu istiqamətdə söhbətləşdiyimiz
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, hazırkı
mərhələdə Ə.Kərimlinin antiazərbaycançı mərkəzlərin bir layihəsi
olması Azərbaycan ictimaiyyəti üçün yeni fakt deyil: “Düşünürəm ki,
ilk növbədə bu fakt daha çox insanlara çatdırılmalıdır ki, hər kəs
müxalifət adı altında gizlənən, əslində isə Azərbaycanın milli
maraqlarına qarşı fəaliyyət göstərən belələrini yaxşı tanısın.
Çünki Azərbaycan çox həssas bir regionda yerləşir, milli
maraqlarımıza cavab verən müstəqil siyasət həyata
keçirir.
Bundan narazı qalan mərkəzlər, xüsusən, ermənipərəst mərkəzlər var. Ona görə də hesab edirəm ki, Azərbaycanda istər fətullahçı terror təşkilatı, istərsə də AXCP, yəni eyni mərkəzdən idarə olunan hər iki marginal qruplaşma ifşa edilməlidir. İctimai rəydə onların real obrazı formalaşdırmalıdır ki, gələcəkdə onlar Azərbaycan cəmiyyətində fəsadlar törətməsinlər”.
H.Babaoğlu qeyd edib ki,
Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik
səviyyəsindədir və böyük dövlət xadimi Heydər Əliyev bu
münasibətləri xarakterizə edərkən “bir millət, iki dövlət”
ifadəsini işlədib: “Hər iki cəmiyyət mədəni, iqtisadi, siyasi
,intellektual, elm və digər sahələrdə kifayət qədər bir-birinə
inteqrasiya edib. Bu inteqrasiya özü ilə bərabər bəzi hallarda belə
anormal təzahürlər də gətirib. Çünki əgər iki cəmiyyət bir-birinə
inteqrasiya edibsə, deməli, çoxsaylı pozitiv nümunələrlə bərabər
bəzən neqativ təzhürlər də müşahidə edilə bilər. Əli Kərimli-FETÖ
ittifaqı neqativ təzahürdür. Yəni, görünür Azərbaycanda bu ittifaq
məqsədli şəkildə yaradılıb və buna qarşı Azərbaycanın cəmiyyəti və
hüquq sistemi birgə mübarizə aparmalıdır”.
Müsahibimiz AXCP-nin ötən ilin
sonunda baş vermiş Nardaran hadisələri zamanı bir qrup radikal
dindarı dəstəkləməsi məsələsinə də münasibət bildirib. O qeyd edib
ki, hazırda manipulyasiya edilməyə ən uyğun ideoloji vasitələrdən
biri də dini ideologiyadır: “Qərb imperializmi bundan bütün
dövlətlərə qarşı çox məharətlə istifadə edir. Biz bilirik ki, Yaxın
Şərqdə və Şimali Afrikada din və məzhəb fərqliliklərinə görə
insanları ayıraraq onların əli ilə öz dövlətlərini dağıdıldı. Bu
prosesin Avrasiyanın içərilərinə doğru irəliləməsi əslində Qərb
imperializminin hədəflərindən biridir. Ona görə də müxtəlif
vasitələrlə Azərbaycanda dinlə bağlı manipulyasiya edərək
Azırbaycan cəmiyyətini dini zəmində parçalamağa çalışırlar. Yaxud,
dindən dövlətə qarşı, dövlətin və millətin bərabərliyinə qarşı
istifadə etməyə çalışrlar.
Çox təəssüf ki, bu prosesdə imperializmin toruna düşən insanlar da olur. Onlardan biri də Taleh Bağırzadədir. Onun ifadələrindən də görünür ki, o, əslində səmimi müsəlman deyil. Konkret taşırıqlar üzrə konkret cinayət əməllərinə yol verib. Əlində silah, cibində qumbara gəzdirən insan mömin ola bilməz. Ona görə də haqlı olaraq Azərbaycanın hüquqi sistemi, ölkənin sosial, ictimai sifarişinə əsasən bu gün onları cəzalandırır və cəzalandırmalıdır da. Amma çox təəssüf ki, biz bu gün yenə də məhkəmə prosesini siyasiləşdirməklə Azərbaycan cəmiyyətində yanlış təsəvvürün yaradılmasına çalışıldığını görürük. Guya ki, Azərbaycanda din xadimi təqib olunur və sair. Əslində isə belə bir şey yoxdur. Dini inancından, sosial kimliyindən, ideoloji düşüncəsində asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Azərbaycanın hüquq sistemi və dövləti qarşısında öhdəçiliyi var. Bu hüquqi müqaviləni pozan hər bir fərd mütləq cəzalandırılmalıdır. Hesab edirəm ki, belə adamlar barədə Azərbaycan məhkəmələri ən layiqli cəza hökmü cıxaracaq”.
Səxavət HƏMİD
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO