Qırmızı.az
Lənkəranski barədə ŞOK məlumat - 15 gün əvvəl türk polisi saxlayıbmış
“Yeni Müsavat”ın əldə etdiyi daha bir sensasion məlumata görə, hadisədən bir neçə gün əvvəl Türkiyə polisi “Rövşən Lənkəranski”ni saxlayıb. Amma “qanuni oğru” polisdə çox qalmayıb. Mənbəmiz deyib ki, “Lənkəranski”nin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən ünlü isimlərindən olan Sedat Pekər işə qarışıb.
Milliyyətçi cameədə də yaxşı tanınan S. Pekər “Lənkəranski”nin azad olunmasına nail olub. S. Pekəri Türkiyə mediası “yeraltı dünyanın sahiblərindən biri”, “mafiya babası“ kimi təqdim edir.
Sedat Peker 2007-ci ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı “Ergenekon” məhkəməsində ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb.
Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. “Lənkəranski”nin İstanbul polisinin niyə saxladığı məlum deyil. Amma S.Pekərin “qanuni oğru”nun azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı